AZ

Azərbaycan çempionatında ilk finalçı müəyyənləşdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında ilk finalçı müəyyənləşib.Bakıvaxtı.az xəbər verir ki, “Azərreyl” yarımfinalda MOİK-i üstələyərək, həlledici görüşdə iştirak hüququna yiyələnib.İlk qarşılaşmada 3:0 hesablı qələbə qazanan “Azərreyl” cavab matçında da eyni nəticəni təkrarlayıb. Setləri 25:12, 25:18 və 25:14 hesablı üstünlüklə tamamlayan komanda çempionluq şansını davam etdirib.Yarımfinalın digər cütündə “Murov Az Terminal” və “Neftçi” komandaları aprelin 18-də üz-üzə gələcəklər. Bu klubların ilk duelində “Murov Az Terminal” 3:0 hesabı ilə qələbə qazanıb.

Seçilən
150
24
Mənbələr
Şərh ()
Bağla