AZ

Rusiya və Belarus birgə investisiya planı barədə razılığa gəliblər

Rusiya və Belarus hər iki ölkədə investisiya fəallığının stimullaşdırılması üzrə fəaliyyət planı barədə razılığa gəliblər.

 

Oxu24.com  xəbər  verir   ki, Bu barədə Belarusun Belta agentliyi məlumat yayıb.

 

Sənədi Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və Belarusun iqtisadiyyat naziri Yuri Çebotar imzalayıblar.

 

Bundan əvvəl Rusiyanın baş naziri Mixail Mişustin və belaruslu həmkarı Roman Qolovçenko arasında danışıqlar zamanı müzakirə edilib və razılaşdırılıb.

 

Belarusun İqtisadiyyat naziri Yuri Çebotar qeyd edib ki, bu gün investisiya fəaliyyəti ilk növbədə gündəmdədir, müştərək müəssisələrin və istehsal müəssisələrinin yaradılması ticarət-iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi üçün zəmin yaradır.

 

Onun sözlərinə görə, Belarus maşınqayırma və cihazqayırmadan tutmuş turizmə qədər müxtəlif sənaye sahələrinə Rusiya sərmayəsini almaqda maraqlıdır. Öz növbəsində Belarus Rusiyada yığım zavodları yaratmağa hazırlaşır və onun sərmayələri məhz bura yönəldiləcək.

 

Aprelin 15-də Belarus Rusiyada liman tikintisinə hazırlıq barədə məlumat verib. O, Murmansk vilayətində yerləşəcək və Belarus yüklərinin daşınması üçün nəzərdə tutulub.

 

Əvvəllər Belarusun Belgee markalı avtomobilləri Rusiya Federasiyasında ən çox satılan avtomobillər siyahısına daxil edilib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
293
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq