AZ

Rusiya regionu mayın 9-da paraddan imtina edib

Rusiya Federasiyasının Pskov vilayətində mayın 9-da parad olmayacaq.

 

Oxu24.com   xəbər  verir   ki,  bu  barədə   qubernator Mixail Vedernikov bildirib.

 

Onun sözlərinə görə, qərar təhlükəsizlik qüvvələrinin mövqeyi nəzərə alınaraq qəbul edilib.

 

“Biz bağlı qapılar arxasında hüquq-mühafizə blokunun mövqeyini eşitdik. Qərara gəldik ki, bu il ən kütləvi tədbirlərdən (xüsusən də paraddan) imtina etmək məsləhətdir. Eyni zamanda, bütün yaşda olan sakinlər üçün daha kiçik formatlarda fəaliyyətlər təmin ediləcək”, - deyə  Vedernikov Telegram-da yazıb.

 

2023-cü ildə Pskov vilayətində də mayın 9-da parad keçirilməmişdi.

 

Afət

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
263
50
oxu24.com

10Mənbələr