AZ

Litvada vətəninə tez-tez gedib-gələn rus və belarusların icazəsi ləğv oluna bilər

Litvada vətənlərinə tez-tez gedən rusları və belarusları yaşayış icazəsindən məhrum etməyi təklif edirlər.

 

Modern.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Seymin deputatları son bir ildə Rusiyaya və ya Belarusa ayda bir dəfədən çox səfər etmiş ruslar və belaruslar üçün Litvanın yaşayış icazələrinin ləğvi təşəbbüsü ilə çıxış ediblər.

 

Litva hakimiyyəti ehtiyat edir ki, tez-tez vətənlərinə gedib-gələnlər orada kəşfiyyat xidmətlərinə cəlb edilə bilərlər.

 

Həmçinin Rusiya Federasiyası və Belarus vətəndaşları Rusiyanın Ukraynaya təcavüzünü açıq şəkildə dəstəkləyərsə, yaşayış icazəsinin ləğv edilməsi təklif edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
282
50
modern.az

10Mənbələr