AZ

Rəisidən hələ də xəbər yoxdur - Yenilənib

Bu gün baş verən helikopter qəzasından sonra İran Prezidenti İbrahim Rəisinin vəziyyəti açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, İran Prezidentinin vəziyyəti yaxşıdır, hazırda o, kortecdə avtomobillə Təbrizə gedir.

***

“Mehr” agentliyi İran Prezidenti İbrahim Rəisinin xəsarət almadığı ilə bağlı məlumatı silib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl “Mehr” agentliyi bildirib ki, qəzadan sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian xəsarət almayıb.

***

İSNA-nın xəbərinə görə, helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb.

Həmin əraziyə 20-dən çox xilasetmə qrupu göndərilib.

Məlumata görə, duman səbəbindən havadan axtarışlar mümkün olmayıb. Hələlik yalnız piyada axtarışları həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
725
1
qafqazinfo.az

10Mənbələr