AZ

HƏMAS 40 israilli girovu tapa bilmir - CNN

HƏMAS və İsrail, Misir və Qətərin vasitəçiliyi ilə atəşkəs haqqında danışıqlar aparır. Qəzza zolağındakı 40 israilli məhbusun İsrail həbsxanalarından bir neçə yüz fələstinli məhbusla dəyişdirilməsi təklifi irəli sürülüb. Azad edilmək üçün qadınlar, qocalar və ya yaralı kişilər seçilmişdi.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, HƏMAS rəsmiləri kriteriyalara cavab verən 40 canlı girovu tapa bilməyəcəklərini bildiriblər.

CNN mənbələri çox sayda əsir israillinin ölə biləcəyindən və ya HƏMAS üzvlərinin onların harada olduqlarını bilməməsindən narahatlığını ifadə edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
177
10
Mənbələr
Şərh ()
Bağla