AZ

Qəzzada 33,2 minə yaxın fələstinli həlak olub

Ötən ilin oktyabrın əvvəlindən İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 33,2 minə yaxın fələstinli həlak olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi teleqramda bildirib.

“İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı hazırda 33 175 nəfərə çatıb, daha 75 886 nəfər yaralanıb”, – Səhiyyə Nazirliyinin açıqlamasında nəql edilib.

Məlumata görə, təkcə son 24 saat ərzində Qəzzada 38 nəfər ölüb, 71 nəfər yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
16

1Mənbələr

Şərh ()
Bağla