AZ

HƏMAS atəşkəs təklifinə cavab verdi

7 oktyabr 2023-cü ildən İsraillə münaqişədə olan HƏMAS-dan son atəşkəs təklifinə cavab gəlib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev sözçüsü Con Kirbi Qahirədə İsrail və HƏMAS arasında aparılan dolayı danışıqlarla bağlı mühüm açıqlama verib.
 
Kirbi Misirin paytaxtı Qahirədə keçirilən görüşlərdən ortaya çıxan mətnin HƏMAS-a təqdim edildiyini bildirib.

HƏMAS atəşkəs təklifinə cavab verib.

Təşkilatın yüksək səviyyəli liderlərindən biri olan Əli Barakə Reuters-ə açıqlamasında bildirib ki, HƏMAS Qahirədəki danışıqlar zamanı təklif edilən son atəşkəs təklifini rədd edib.

HƏMAS rəsmilərindən Mahmud Merdavi məsələ ilə bağlı qiymətləndirməsində bildirib ki, vasitəçilərin təqdim etdiyi təklif açıq şəkildə atəşkəs və İsrailin Qəzzadan çəkilməsi zərurətinə məhəl qoymur.

Sülh təklifində nələr var?

Mənbə atəşkəslə bağlı yeni təklifin 3 mərhələdən ibarət olduğunu və birinci mərhələdə İsrailli mülki əsirlərin müqabilində 100-ü uzunmüddətli həbs cəzasına məhkum edilmiş 900 fələstinlinin azad edilməsini və didərgin düşmüş mülki şəxslərin geri qaytarılmasını ehtiva etdiyini bildirib.

Mənbə bildirib ki, məcburi köçkünlərdən məskunlaşdıqları ərazilərə deyil, beynəlxalq təşkilatlar tərəfindən yaradılmış düşərgələrə qayıtmaq tələb olunur.

O, köçkünlərin şimala qayıtması halında İsrail qüvvələrinin şərqdə Səlahəddin küçələrində və qərbdə Ər-Rəşid küçələrində bir neçə yüz metr aralıda yerləşdiriləcəyini bildirib.

Mənbə bildirib ki, ikinci mərhələdə bütün israilli məhbusların əvəzində razılaşdırılmış sayda fələstinli məhbus azad ediləcək, üçüncü mərhələdə isə israilli məhbusların cəsədləri təhvil veriləcək.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
47

1Mənbələr

Şərh ()
Bağla