AZ

Qəzzada ölənlərin sayı 33 minə YAXINLAŞIR

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 32 705 nəfərə çatıb.
Ednews xəbər verir ki, bu barədə Anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hücumlar nəticəsində 75 190 nəfər yaralanıb.
Qeyd edilib ki, son 24 saat ərzində Qəzza zolağında 82 nəfər ölüb, 98 nəfər isə yaralanıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.  
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
16

1Mənbələr

Şərh ()
Bağla