AZ

PSJ-nin prezidenti Mbappeyə qəzəblənib

Fransanın PSJ-nin futbolçusu Kilian Mbappe klub prezidenti Nasir Əl-Xelayfiyə verdiyi tutmayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

Mbappe Əl-Xelayfiyə 2023-cü ilin avqustunda PSJ ilə müqaviləsini uzatmağı vəd etsə də, bunu etməyib. Mbappenin "Real Madrid"ə keçəcəyi ehtimalı böyükdür ki, bu da klub prezidentini qəzəbləndirir.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm hücumçu Fransa Liqa 1-də PSJ-nin heyətində 28 matçda 26 qola imza atıb.

Mətbuatın yazdığına görə, forvard yayda "Real Madrid"ə keçməyə qərar verib. Mbappenin PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir. 

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
13
Mənbələr
Şərh ()
Bağla