AZ

Rahil Məmmədov Polşa klubundan ayrılır?

Milli komandamızın üzvü Rahil Məmmədov "LKS Lodz"dan ayrıla bilər.

Bizim.Media xəbər verir ki, müdafiəçiyə Polşanın digər klublarından təkliflər var. Əldə etdiyimiz informasiyaya əsasən, Məmmədovun hazırkı komandası mövsümün sonunda aşağı liqaya düşərsə, o, yeni sezona Ekstraklasanın başqa klubunda başlayacaq. 

Yeni komandaya keçmək isə onun üçün problem olmayacaq. 

Məsələ burasındadır ki, Rahil "LKS Lodz"la 1,5 illik müqavilə imzalayarkən, klub aşağı liqaya düşərsə, oradan ayrıla biləcəyi ilə bağlı razılıq əldə edilib.
Lodz təmsilçisi yüksək liqada yerini qoruya bilməsə, Məmmədov azad agent statusu daşıyacaq. 

Əlavə edək ki, "LKS Lodz" 26 turdan sonra 17 xalla sonuncu pillədədir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
71
6
Mənbələr
Şərh ()
Bağla