AZ

Polşalı məşqçi Rahil Məmmədovdan danışdı

Polşa çempionatının XXVI turunun “Yagelloniya” – LKS qarşılaşmasından əvvəl qonaq komandanın baş məşqçisi Marçin Matisyak mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, məşqçi LKS-nin azərbaycanlı üzvü Rahil Məmmədovun çıxışından danışıb:

"Rahil Məmmədov lider “Yagelloniya”ya qarşı oyuna hazırdır. Müdafiəçinin durumundan razıyam. Bəzi futbolçularda zədə ilə bağlı kiçik problemlər mövcuddur. Onların qarşıdakı oyunda iştirakı bəlli deyil. Ancaq Azərbaycan millisindən qayıdan Rahil kollektivlə birlikdə məşqlərdə iştirak edir. O, “Yagelloniya” ilə çempionat matçında komandamıza kömək edəcək”.

LKS turnir cədvəlində 17 xalla sonuncudur.

Seçilən
95
3
Mənbələr
Şərh ()
Bağla