AZ

“Rahil “Yagelloniya” ilə matçda komandamıza kömək edəcək”

LKS-in azərbaycanlı futbolçusu Rahil Məmmədov lider “Yagelloniya”ya qarşı oyuna hazırdır.



Komanda.az Polşa mətbuatına istinadən xəbər verir ki, LKS klubunun baş məşqçisi Marçin Matisyak futbolçunun durumundan razı olduğunu bildirib:



“Bəzi futbolçularda zədə ilə bağlı kiçik problemlər mövcuddur. Onların qarşıdakı oyunda iştirakı bəlli deyil. Ancaq Azərbaycan millisindən qayıdan Rahil kollektivlə birlikdə məşqlərdə iştirak edir. O, “Yagelloniya” ilə çempionat matçında komandamıza kömək edəcək”.



Polşa çempionatının 26-cı turunun “Yagelloniya” – LKS oyunu martın 30-da keçiriləcək. Hazırda “Yagelloniya” 48 xalla turnir cədvəlinə başçılıq edir, LKS isə 17 xalla sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərLKS Rahil Məmmədov

Seçilən
96
3
Mənbələr
Şərh ()
Bağla