AZ

Rahilin komandası "Varta" səfərindən 3 xalla qayıtdı

Polşa çempionatında 24-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi LKS bu tur səfərdə "Varta" ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.

Hazırda LKS 16 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb. "Varta" isə 27 xalla 12-cidir. Turnir cədvəlinə "Yagelloniya" (45) başçılıq edir.

"Varta" - LKS 0:1

Qol: Janzukoviç, 75

Seçilən
84
3
Mənbələr
Şərh ()
Bağla