AZ

Antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi aşkarlanıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyiistehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təminedilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindənTrend-ə bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Abşeronrayonu, Xırdalan şəhərində fəaliyyət göstərən, fiziki şəxs ƏhədovHacıbala Hacıdədə oğluna məxsus şirniyyat istehsalı müəssisəsindəagentlik əməkdaşları tərəfindən planlı yoxlama aparılıb.

Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativhüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki,işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi, texnoloji prosesinardıcıllığına əməl edilmədiyi, çarpaz çirklənmə riskinin yarandığı,sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, istehsal olunanməhsulların markalanmasının qanunvericiliyin tələblərinə cavabvermədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəribarəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub,markalanması qanunvericiliyin tələblərinə cavab verməyənməhsulların satışı dayandırılıb və müəssisənin fəaliyyətiməhdudlaşdırılıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
249
11
az.trend.az

10Mənbələr