AZ

Daha bir şirniyyat istehsalı müəssisəsi bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Abşeron rayonu, Xırdalan şəhərində fəaliyyət göstərən, fiziki şəxs Əhədov Hacıbala Hacıdədə oğluna məxsus şirniyyat istehsalı müəssisəsində planlı yoxlama keçirib.

AQTA-dan Publika.az-a verilən məlumata görə, baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.

Belə ki, işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi, texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, çarpaz çirklənmə riskinin yarandığı, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, istehsal olunan məhsulların markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi və digər nöqsanlar aşkarlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
274
15
publika.az

10Mənbələr