AZ

Xırdalanda antisanitar şəraitdə işləyən şirniyyat istehsalı müəssisəsi aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Abşeron rayonu, Xırdalan şəhərində fəaliyyət göstərən, fiziki şəxs Hacıbala Hacıdədə oğlu Əhədova məxsus şirniyyat istehsalı müəssisəsində planlı yoxlama keçirib.

AQTA-dan verilən məlumata görə, baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.

İşçi heyətin məcburi tibbi müayinədən keçmədiyi, texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, çarpaz çirklənmə riskinin yarandığı, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, istehsal olunan məhsulların markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub, markalanması qanunvericiliyin tələblərinə cavab verməyən məhsulların satışı dayandırılıb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
215
11
anews.az

10Mənbələr