AZ

"Zəngilan yaxın gələcəkdə xarici turistlərin ən çox ziyarət edəcəyi rayonlardan biri olacaq"

Bu gün Zəngilan Şəhəri Günüdür!
 
Vətən müharibəsinin 24-cü günü — 2020-ci il oktyabrın 20-si Zəngilan şəhəri və ətraf kəndləri iyirmi yeddi il davam edən işğaldan sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən azad edildi. 
 
1993-cü il oktyabrın 29-da Ermənistanın işğal etdiyi Zəngilan rayonu tamamilə məhv edilmiş və onun zəngin təbii resursları talan olunaraq xaricə daşınmışdı. 
Hazırda Zəngilan “ağıllı və yaşıl konsepsiyalar” əsasında sıfırdan bərpa edilir. Bu konsepsiya əsasında işğaldan azad edilmiş rayonlarda ilk pilot layihə Zəngilanın Ağalı kəndində icra olunub, 200 evdən ibarət gözəl bir kənd salınıb və 2022-ci ilin may ayında Ağalı kəndinin sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar.
2023-cü ilin may ayında ATƏT PA-nın prezidenti, baş katibi və 27 üzv ölkədən olan 100-dən artıq nümayəndələri ilə Ağalını ziyarət edən, bərpa olunan enerji layihələri, o cümlədən Zəngəzur dəhlizinə gedən dəmir və avtomobil yollarının tikintisi ilə tanış olan zaman qonaqlar abadlıq-quruculuq işlərinin bu qədər sürətlə aparılmasını heyrətlə qarşıladılar. Çünki heç kim inanmırdı ki, Azərbaycan heç bir yerdən yardım almadan, yalnız öz gücünə qısa müddət ərzində bu qədər böyük  layihələri və quruculuq işlərini həyata keçirə bilsin.
 
İndi  Zəngilanda bərpa-quruculuq işləri daha  böyük ərazilərdə davam edir, şəhərin baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə digər yaşayış layihəsi icra olunub.
 
Əminəm ki, strateji əhəmiyyətə malik olan Zəngilan yaxın gələcəkdə xarici turistlərin ən çox ziyarət edəcəyi rayonlardan biri olacaqdır.
Zəngilan Şəhər Günü münasibətilə başda zəngilanlılar olmaqla xalqımızı ürəkdən təbrik edirəm!
 
Azay Quliyev,
Millət vəkili
Seçilən
2
1
moderator.az

10Mənbələr