AZ

`MADO`-da nəsə yemək TƏHLÜKƏLİDİR!!! - FOTOFAKT

`MADO`-da"MADO Azərbaycan-da "Sezar" salatı sifariş versəniz ehtiyatlı olun. İçindən sellofan, əlcək, paltar - hər şey çıxa bilər..." Dia-az.İnfo bildirir ki, bu barədə Fərid Rüstəmzadə adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında giley edir.Narazı vətəndaş daha sonra yazır: "Bu gün (dünən nəzərdə tutulur -red.) "Gənclik Mall"da yerləşən "Mado" restoranında yemək üçün əyləşdik. Gətirdikləri sezar salatından bir az yedikdən sonra bıçaqla bölməyə çalışdığımız qidanın mayonezli kələm yox, salatın içinə qarışıb ərimiş böyük bir sellofan olduğunu gördük. Yeməkdən tük çıxmağını başa düşərəm, amma daha "çanta" çıxmasın da...Restoran rəhbərliyi isə yeməyi geri götürdü, quru bir üzr istədi, hələ utanmadan digər sifarişlərin hesabını da ödətdilər.Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, müəssisələrə yoxlanışlara gedirsiz? Bu cür böyük restoranlar şəbəkəsi müştərilərə necə plastik yedirə bilir? Müştərinin sağlamlığına dəyən zərəri kim qarşılayacaq?"Mado Azərbaycan" rəhbərliyi isə təqsiri hər hansı adi bir işçinin üzərinə atmadan müştərilərdən üzr istəməli, hadisə ilə bağlı məsuliyyəti tam üzərinə götürməli və filiallarında qida təhlükəsizliyi üçün təcili tədbirlər gördüyünü göstərməlidir..."`MADO`-da

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
12
yenisoz.az

10Mənbələr