AZ

Sonra da deyirlər, niyə yerli turizm yoxdur… – “`Vadi Chalet hotel`ini məsləhət görmürəm…”

“Qubada yerləşən “Vadi Chalet hotel”ini məsləhət görmürəm. 1 günlük qiyməti 150 manatdır, amma…” Dia-az.İnfo bildirir ki, bu barədə “Müştəriyəm Şikayətim Var” sosial qrupunda g8iley olunur.Narazı vətəndaş daha sonra yazır: “Bu qiymət normaldır, olsun… Amma restoranında yeməkləri od qiymətinə. Düşbərə 10 manat, yunan salatı 15 manat. Yunan salatı pomidor, xiyar, pendirdən və kahıdan ibarətdir, 15 manat niyə olmalıdır ? Minibardan 1 “bounty”, 1 “kola” götütdük 12 manat etdi. Üstəlik 8 ya, 10 faiz servis haqqı. Qonaqların çoxu şikayətlənirdi. Hovuzda dəyişmə otağı 1 kv metrlik “kabinka”dı, yeri isə palcıq içində. Baş qatmaq üçün heç nə yoxdu. Ordan çıxıb düz yanında yerləşən “Şah əsəri”nə gəldik, bura da 150 manatdır, göylə və yer kimi fərq var. , səviyyə fərqi hiss olunur. Bura daha muasir üslubludur. Restoranda qiymətlər çox şey iki qat daha ucuzdu. Otaq daha gözəl, təmiz. Tv daha böyük, intetnet daha sürətli və s. Əhvalımız düzəldi bura gələn kimi. “Şah əsəri”nin reklamı kimi çıxdı… amma bunu paylaşmağın məqsədi sizlər üçündü, biz etdiyimiz səhvi etmiyəsiniz deyə…”

Sonra da deyirlər, niyə yerli turizm yoxdur…

KAİM.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
12
kaim.az

10Mənbələr