AZ

İcra başçısının həbs etdirdiyi şəxs yenidən məhkəmə qarşında

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun 1984-cü il təvəllüdlü Xəyyam Salmanzadə barəsində xüsusi ittiham qaydasındakı qərardan kassasiya şikayəti verilib. 

 

Məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses sentyabrın 11-nə təyin edilib.

 

Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq. 

 

Qeyd: Mətbuatda yayılan məlumata görə, X.Salmanzadə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı V.Həsənovla bağlı müxtəlif iddia və məlumatlar paylaşıb. O, icra başçısının məmura cinsi azlıq deməsini, Polad Həşimovun şəhid olduğu gün spirtli içkinin təsiri altında hərəkətlər etməsini və sair iddia edib.

 

Ağdam Rayon Məhkəməsinin hökmü ilə X.Salmanzadə 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
50
azia.az

10Mənbələr