AZ

Tanışını söyüşə görə bıçaqlayan şəxs qərardan narazıdır

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunan Elxan Məlikovun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses sentyabrın 5-nə təyin edilib.


Şikayət hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.


İttihama görə, hadisə 21 iyul 2022-ci il tarixdə, saat 02:00 radələrində paytaxt ərazisində yerləşən yeraltı avtomobil dayanacağının giriş hissəsində qeydə alınıb.


Belə ki, Elxan Məlikov həmin ərazidə olan zaman tanışı, zərərçəkmiş Cavad Camalzadə onun ünvanına nalayiq ifadələr işlədib. Bu zaman o, üzərində olan cib bıçağını çıxararaq tanışının qarın nahiyəsinə bir dəfə zərbə endirib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Məlikov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

 

Kamal Məmmədov 

Tarix: 2 Sentyabr 2024, 10:17   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
pravda.az

10Mənbələr