AZ

Medvedev Rusiyaya qarşı sanksiyaların ləğvi perspektivi ilə bağlı bunları dedi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın növbəti prezidentinin Donald Tramp və ya Kamala Harrisin olmasından asılı olmayaraq Rusiyaya qarşı sanksiyaların ləğvi perspektivinə şübhə ilə yanaşır.

Publika.az xəbər verir ki, Medvedev bu barədə "Telegram" kanalında yazıb.

“Tramp iş adamı kimi başa düşür ki, sanksiyalar dünyada dolların hökmranlığına zərər verir. Lakin bu, ABŞ-da inqilab təşkil etmək və Trampdan daha güclü olan bədnam dərin dövlətin anti-Rusiya xəttinə qarşı getmək üçün kifayət deyil", - deyə Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib.

Harrisə gəlincə, Medvedevin sözlərinə görə, ondan heç bir sürpriz gözləməyə dəyməz: "Onun üçün mənasız çıxışlar, darıxdırıcı suallar və onların cavabları hazırlanacaq. Yəni yenilik olmayacaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
35
publika.az

10Mənbələr