AZ

"Donbas kimə və nəyə görə lazımdır?" - Dmitri Medvedev

"Anqlosaks dünyasının yaşıl və tüklü peyin milçəkləri keçmiş Ukraynanın təbii sərvətlərini ələ keçirməyə can atır..."

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev nədən Qərb ölkələrinin Rusiya ilə döyüşən Ukraynaya dəstək verməsini "izah edib". 
 
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün Telegram-kanalında yazıb. Məlumatı "iz.ru" nəşri yayıb.
 
Medvedevin fikrincə, "anqlosakson dünyasının yaşıl və tüklü peyin milçəkləri" bunu "riyakar maraqlara" görə edir və "onun təbii sərvətlərini" ələ keçirməyə bel bağlayır".
 
"Bir düşünün: açıq mənbələrin məlumatına görə, Ukraynanın faydalı qazıntılarının ehtiyat bazasının ümumi dəyəri təxminən 14, 8 trilyon dollar civarında dəyərləndirilir. Bunun 7, 3 trilyon dolları Donetsk və Luqansk xalq respublikalarının payına düşür. Yəni keçmiş Ukraynanın milli sərvətlərinin təxminən yarısı Donbas deməkdir!" - Medvedev məlumat verib.
 
Krım, Zaporojye və Xerson vilayətlərinin resursları əlavə 821 milyard dollar deməkdir, o, qeyd edib və yazıb ki, "Kiyev neonasistləri onlar üçün yad olan Donbası qaytarmaq üçün dəridən-qabıqdan çıxır", onlara "bu gün Qərb dünyasını qoruyan bütün quduz heyvanlar kömək edir. Bunu yarımölü köpək Baydendən üzdəniraq Baltikyanıda üfunətli təknənin yanında dayanan yaramaz adamabənzər varlıqaradək yalnız bir səbəbə görə edir-onlara pul lazımdır".
 
Medvedev vurğulayıb ki, Ukraynanın büdcəsi, demək olar ki, bütün gəlir mənbələrindən məhrum olub, Qərb müttəfiqləri isə gələcəkdə müharibəyə xərclənən pulları geri almağa cəhd göstərəcək.
 
"Qərb goreşənləri bundan sonra da özlərinin Kiyevdən olan vələdüznalarına sonsuz vəsaitlər yatıra və öz kədərli məhsulunu yığa bilər. Amma fakt faktlığında qalır: Ukrayna dövlətçiliyinin iqtisadi əsasları sarsılıb. Bandera   nacinslərinin XX əsrin sonunda qanunsuz əldə etdikləri resurs bazası doğma ölkəyə dönüb. Bundan sonra parazitlik etməyə bir şey yoxdur. Qərbin güclü yardımı tezliklə tamamilə sadə səbəblərdən bitəcək. Özlərinin çox az vəsaitləri qalıb. Bundan sonra sürətlə dağılıb  parçalanacağı labüddür", - Medvedev proqnoz verib.
 
Xatırladaq ki, Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinin hələ əvvəlində amerikalı jurnalistlər yazıb ki, Putin müharibəsinin başlıca məqsədi "rus ərazilərinin" qaytarılması və üzdəniraq "qardaş sevgisi" deyil, Ukraynanın təbii qaz ehtiyatları və nadir faydalı qazıntılarının ələ keçirilməsidir. 
 
Ukraynanın cənub-şərqində litium, kobalt, mis və nikel ehtiyatları var. Bundan başqa, Ukraynada dünyanın ən böyük titan və dəmir filizi ehtiyatlarından biri, istifadə edilməyən litium və çox böyük kömür yataqları var. Onların birgə dəyəri on trilyonlarla dollar təşkil edir.
 
Hazırda Rusiya Ukraynanın dörd vilayətinə- Donbas və Luqansk vilayətlərinə demək olar ki, tamamilə, Xerson və Zaporojye vilayətlərinin böyük hissəsinə qismən nəzarət edir. Bu yaxınlarda Vladimir Putin müharibənin başa çatmasının "sülh planı"nı səsləndirib. Bu plana görə, Ukrayna öz qoşunlarını bu dörd vilayətdən çıxarır, NATO-ya daxil olmaq planlarından imtina edir və "özünün neytral, blokdankənar və nüvəsiz statusuna" zəmanət verir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
35
milli.az

10Mənbələr