AZ

Xüsusi hərbi əməliyyat üzvü məktəbli qızı öldürməkdə ittiham olunur...

...Moskvada 40 yaşlı kişi Nijni Tagildən olan 11 yaşlı məktəblini qətlə yetirməkdə ittiham olunaraq saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, qatil bu yaxınlarda Ukraynadan, xüsusi hərbi əməliyyat zonasından qayıdıbmış.

...“E1” nəşri xəbər verir ki, avqustun 31-də Anastasiya Yakina atasından gəzintiyə çıxmasını istəyib, lakin evə qayıtmayıb. Polis və könüllülər onu dörd gün axtarıblar. Nəhayət qız yaşadığı evin zirzəmisində öldürülmüş vəziyyətdə tapılıb.

Yakinlərin Vladimir adlı qonşusu qətldə şübhəli bilinir: bəzi məlumatlara görə, onun icarəyə götürdüyü mənzildə qan izləri tapılıb.

Çərşənbə axşamı Moskvada onu dinləyiblər.

“E1” jurnalistlərinin verdiyi məlumata görə, saxlanılan şəxs əvvəllər məhkum olunub.

2020-ci ildə Nijni Taqilin Dzerjinski məhkəməsi onu zorlama və cinsi təcavüz maddələri ilə cəzalandırıb.

Bundan sonra Vladimir müqavilə bağlayaraq müharibəyə gedib və qayıtdıqdan sonra əfv edilib.

Öldürülən Anastasiya Yaninanın atasının sözlərinə görə, qonşusu yenidən döyüşə getməyə hazırlaşırmış.

İlkin məlumata görə, o, orada yeni müqavilə imzalamaq üçün Moskvadan Çeçenistana uçmağa cəhd edib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
35
sia.az

10Mənbələr