AZ

Durovu "Telegram" şifrələmə açarlarını Fransaya verməyə məcbur edə bilərlər - Medvedev

Durovu "Telegram" şifrələmə açarlarını Fransaya verməyə məcbur edə bilərlər - Medvedev

Bu yaxınlarda Parisdə saxlanılan "Telegram"ın həmtəsisçisi Pavel Durov bunu istəməsə də, müəyyən şərtlərlə şifrələmə açarlarını Fransa kəşfiyyat xidmətlərinə verə bilər. AFN.az xəbər verir ki, bunu TASS-a Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. “Mən bir dəfə onu 2015-ci və ya 2016-cı ildə görüşə çağırdım və ona dedim: sən başa düşürsən ki, etdiyin hər şey dövlət üçün təhlükəli ola bilər. Terrorçular bütün bunlardan istifadə edə bilər. Buna görə də, gec-tez bu şifrələmə açarlarını verməli olacaqsan. O cavab verdi ki, mən bunu heç vaxt heç kimə verməyəcəyəm!"Bununla belə, Medvedev qeyd edib ki, güclü təzyiq olacağı təqdirdə Durov şifrələmə açarlarının Fransa kəşfiyyat xidmətlərinə verilməsinə razılıq verə bilər.Siyasətçi hesab edir ki, Fransa hakimiyyəti gec-tez "Telegram"ın həmtəsisçisini azad etməli olacaq: "O, hər halda azad olunacaq. Fransa prezidenti Emmanuel Makron, bütün bu pisliyi, bütün bu mənfi reaksiyanı öz üzərinə çəkmək istəməyəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
35
afn.az

10Mənbələr