AZ

Cəlilabadda avtomobillər toqquşub, sürücülər xəsarət alıb - FOTO/VİDEO

Köhnə Ələt-Astara magistralının Cəlilabad rayonunun mərkəzindən keçən hissəsində avtoqəza baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "Toyota" markalı avtomobil "Opell" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hər iki maşının sürücüsü yüngül xəsarətlərlə rayon xəstəxanasına aparılıb. 

Zədələnmiş avtomobillər yolun açılması üçün hadisə yerindən götürülüb.

Faktla bağlı araşdırma aparılır.





Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
28
bizim.media

10Mənbələr