AZ

Biləsuvar rayonunda yük avtomobilləri aşdı - FOTO

Biləsuvar rayonunda təmir olunan yolda yük avtomobilləri aşıb.

Bizim.Media xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Naxçıvana yanacaq daşıyan sürücü Sərvər Həsənovun idarə etdiyi dizel yüklü avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü yüngül xəsarət alsa da, avtomobildəki yanacağın bir hissəsi yol kənarında dağılıb.

Eyni yerdən bir neçə yüz metr kənarda isə Biləsuvar sakini Atakişi Fərəclinin idarə etdiyi tikinti materialları ilə yüklü “Shachman” markalı yük avtomobili yol kənarına aşıb.



Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
40
bizim.media

10Mənbələr