AZ

Təmir olunan magistralda yük avtomobilləri aşdı - Video

Biləsuvarda iki yük avtomobili aşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə köhnə Ələt- Astara magistralının rayondan keçən hissəsində baş verib.

Belə ki, Sərvər Həsənovun idarə etdiyi yanacaqla dolu yük avtomobili idarəetmədən çaxaraq aşıb. O, yanacağı Naxçıvana aparırmış.

Hadisə zamanı sürücü yüngül xəsarət alsa da, avtomobildə olan yanacağın bir hissəsi yol kənarına dağılıb.

Həmçinin hadisə yerinə yaxınlıqda Biləsuvar sakini Atakişi Fərəclinin idarə etdiyi tikinti matrealları ilə yüklü “Shacman” markalı avtomobil də yol kənarına aşıb.

Hadisə şahidləri və sürücülərin sözlərinə görə, qəzaya səbəb yeni təmir olunan yolun kənarlarında mühafizə lentləri və xəbərdarlıq nişanlarının olmamasıdır. Elə buna görə də sürücülər yolun irihəcmli avtomobillər üçün təhlükəli olduğundan xəbərsiz idilər.

Faktla bağlı araşdırma aparılır. 

Surxay Şahbazov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
40
qafqazinfo.az

10Mənbələr