Köhnə Ələt-Astara magistralının Cəlilabad rayonunun mərkəzindən keçən hissəsində avtoqəza baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "Toyota" markalı avtomobil "Opell" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hər iki maşının sürücüsü yüngül xəsarətlərlə rayon xəstəxanasına aparılıb.
Zədələnmiş avtomobillər yolun açılması üçün hadisə yerindən götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта