AZ

“Zirə” Konfrans Liqasına qələbə ilə vida etdi

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Zirə” bu gün pley-off mərhələsi çərçivəsində Kiprin “Omoniya” komandası ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, tarixində ilk dəfə avrokubokların pley-offuna çıxmış təmsilçimiz bu rəqibi ilə Bakıda üz-üzə gəlib.

Mərdəkandakı “Dalğa Arena”da baş tutan qarşılaşmanı Latviyadan olan hakimlər briqadası idarə edib.

Bu komandalar arasındakı ilk oyun bir həftə əvvəl Nikosiyada keçirilmiş və təmsilçimizin ağır məğlubiyyəti ilə yekunlaşmışdı. Bu üzdən də Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu gün doğma meydanda baş tutan cavab görüşündə ən azı həmin darmadağının qisasını almağa çalışıb. Görüşün yekununda “Zirə” 1:0 hesablı qələbəyə sevinib. Amma bu, Konfrans Liqasının əsas mərhələsinə yüksəlmək üçün yetərli olmayıb. Yekunda Azərbaycan təmsilçisi avrokuboklarla vidalaşmalı olub.

Avropa Konfrans Liqası
Pley-off mərhələsinin cavab oyunu
29 avqust

Zirə – Omoniya 1:0
Qol: Rafael Utziq, 79.
Hakimlər: Vitali Spasyonnikov, Raymond Tatrik, Artur Şakurov, Aleksandr Anufriyev (Hamısı Latviya).
Mərdəkan. “Dalğa Arena”.
İlk oyun – 0:6.

Zirə: 97. Tyaqo Silva, 3. Ange Mutsinzi, 4. Ruan Renato, 6. Eldar Quliyev (14. Elçin Əlicanov, 76), 7. Məqsəd İsayev (16. Fuad Bayramov, 87), 15. Pyer Zebli (28. Abbas İbrahim, 61), 19. Salifu Suma, 23. Rafael Utziq, 29. Ceyhun Nuriyev (10. Georgi Papunaşvili, 61), 32. Qismət Alıyev (k), 90. Davit Volkov (11. Rüstəm Əhmədzadə, 61).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 5. Stefan Akka.
Baş məşqçi: Rəşad Sadıqov.

Omoniya: 40. Fabiano (k), 2. Alfa Diunku (17. İoannis Masuras, 63), 4. Filip Helander, 5. Senu Kulibali (22. Adam Lanq, 73), 9. Andronikos Kakulli, 10. Ömər Atzili, 11. Evandro (33. Mateuş Musialovski, 80), 20. Mateo Mariç, 21. Veliko Simiç (99. Alium Saidu, 63), 24. Amin Xammas, 80. Novika Erakoviç (31. İoannis Kusulos, 63).
Ehtiyat oyunçular: 23. Fransis Uzoho (k), 98. Xaralambos Kiriakidis, 7. Villi Semedo, 14. Mariuş Stepinski, 74. Panayotis Andreu, 81. Andreas Nikolau, 85. Angelos Neofitu.
Baş məşqçi: Valdas Dambrauskas.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
5
arena.az

10Mənbələr