AZ

“Zirə” “Omoniya”ya qarşı – YENİLƏNİR

“Zirə” bu gün Konfrans Liqasında növbəti matçına çıxacaq.Komanda.az xəbər verir ki, bu turnirin pley-off mərhələsində Kipr klubu “Omoniya” ilə mübarizə aparan Azərbaycan təmsilçisi cavab matçını evdə keçirəcək.İlk görüşü Nikosiyada baş tutub və “Zirə”nin ağır məğlubiyyəti ilə başa çatıb. Rəşad Sadıqovun komandası indi ən azı həmin darmadağının qisasını almağa çalışacaq.Avropa Konfrans LiqasıPley-off mərhələsi, cavab oyunu29 avqust20:00. Zirə – OmoniyaBaş hakim: Vitali Spasyonnikov (Latviya).Mərdəkan. “Dalğa Arena”.İlk oyun – 0:6.Zirə: 97. Tyaqo Silva, 3. Ange Mutsinzi, 4. Ruan Renato, 6. Eldar Quliyev, 7. Məqsəd İsayev, 15. Pyer Zebli, 19. Salifu Suma, 23. Rafael Utziq, 29. Ceyhun Nuriyev, 32. Qismət Alıyev (k), 90. Davit Volkov.Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 5. Stefan Akka, 10. Georgi Papunaşvili, 11. Rüstəm Əhmədzadə, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 28. Abbas İbrahim.Baş məşqçi: Rəşad Sadıqov.Omoniya: 40. Fabiano (k), 2. Alfa Diunku, 4. Filip Helander, 5. Senu Kulibali, 9. Andronikos Kakulli, 10. Ömər Atzili, 11. Evandro, 20. Mateo Mariç, 21. Veliko Simiç, 24. Amin Xammas, 80. Novika Erakoviç.Ehtiyat oyunçular: 23. Fransis Uzoho (k), 98. Xaralambos Kiriakidis, 7. Villi Semedo, 14. Mariuş Stepinski, 17. İoannis Masuras, 22. Adam Lanq, 31. İoannis Kusulos, 33. Mateuş Musialovski, 74. Panayotis Andreu, 81. Andreas Nikolau, 85. Angelos Neofitu, 99. Alium Saidu.Baş məşqçi: Valdas Dambrauskas.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
5
komanda.az

10Mənbələr