AZ

“Zirə” - “Omoniya”: Start heyətlər müəyyənləşdi

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Zirə” bu gün pley-off mərhələsi çərçivəsində Kiprin “Omoniya” komandası ilə qarşılaşacaq.

Arena.az xəbər verir ki, tarixində ilk dəfə avrokubokların pley-offuna çıxmış təmsilçimiz bu rəqibi ilə Bakıda üz-üzə gələcək.

Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq oyuna Bakı vaxtı ilə 20:00-da start veriləcək. Qarşılaşmanı Latviyadan olan hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasındakı ilk oyun bir həftə əvvəl Nikosiyada keçirilib və təmsilçimizin ağır məğlubiyyəti ilə yekunlaşıb. Bu üzdən də Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu gün doğma meydanda baş tutacaq cavab görüşündə ən azı həmin darmadağının qisasını almağa çalışacaq.

Avropa Konfrans Liqası
Pley-off mərhələsinin cavab oyunu
29 avqust

20:00. Zirə – Omoniya
Hakimlər: Vitali Spasyonnikov, Raymond Tatrik, Artur Şakurov, Aleksandr Anufriyev (Hamısı Latviya).
Mərdəkan. “Dalğa Arena”.
İlk oyun – 0:6.

Zirə: 97. Tyaqo Silva, 3. Ange Mutsinzi, 4. Ruan Renato, 6. Eldar Quliyev, 7. Məqsəd İsayev, 15. Pyer Zebli, 19. Salifu Suma, 23. Rafael Utziq, 29. Ceyhun Nuriyev, 32. Qismət Alıyev (k), 90. Davit Volkov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 5. Stefan Akka, 10. Georgi Papunaşvili, 11. Rüstəm Əhmədzadə, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.

Omoniya: 40. Fabiano (k), 2. Alfa Diunku, 4. Filip Helander, 5. Senu Kulibali, 9. Andronikos Kakulli, 10. Ömər Atzili, 11. Evandro, 20. Mateo Mariç, 21. Veliko Simiç, 24. Amin Xammas, 80. Novika Erakoviç.
Ehtiyat oyunçular: 23. Fransis Uzoho (k), 98. Xaralambos Kiriakidis, 7. Villi Semedo, 14. Mariuş Stepinski, 17. İoannis Masuras, 22. Adam Lanq, 31. İoannis Kusulos, 33. Mateuş Musialovski, 74. Panayotis Andreu, 81. Andreas Nikolau, 85. Angelos Neofitu, 99. Alium Saidu.
Baş məşqçi: Valdas Dambrauskas.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
5
arena.az

10Mənbələr