AZ

“Zirə” “Omoniya”ya qalib gəlsə də, avrokuboklarla vidalaşdı

“Zirə” bu gün Konfrans Liqasında növbəti matçına çıxıb.

Rekord.az xəbər verir ki, bu turnirin pley-off mərhələsində Kipr klubu “Omoniya” ilə mübarizə aparan Azərbaycan təmsilçisi cavab matçını evdə keçirib.

İlk görüş Nikosiyada baş tutmuş və “Zirə”nin ağır məğlubiyyəti ilə başa çatmışdı. Rəşad Sadıqovun komandası indi ən azı həmin darmadağının qisasını almağa çalışıb. Qarşılaşma zirəlilərin minimalhesablı qələbəsiylə yekunlaşıb. 

Avropa Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu

29 avqust

Zirə - Omoniya 1:0
Qol: Rafael Utziq, 79.
Baş hakim: Vitali Spasyonnikov (Latviya).
Mərdəkan. “Dalğa Arena”.
İlk oyun – 0:6.

Zirə: 97. Tyaqo Silva, 3. Ange Mutsinzi, 4. Ruan Renato, 6. Eldar Quliyev, 7. Məqsəd İsayev, 15. Pyer Zebli, 19. Salifu Suma, 23. Rafael Utziq, 29. Ceyhun Nuriyev, 32. Qismət Alıyev (k), 90. Davit Volkov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 5. Stefan Akka, 10. Georgi Papunaşvili, 11. Rüstəm Əhmədzadə, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.
Omoniya: 40. Fabiano (k), 2. Alfa Diunku, 4. Filip Helander, 5. Senu Kulibali, 9. Andronikos Kakulli, 10. Ömər Atzili, 11. Evandro, 20. Mateo Mariç, 21. Veliko Simiç, 24. Amin Xammas, 80. Novika Erakoviç.
Ehtiyat oyunçular: 23. Fransis Uzoho (k), 98. Xaralambos Kiriakidis, 7. Villi Semedo, 14. Mariuş Stepinski, 17. İoannis Masuras, 22. Adam Lanq, 31. İoannis Kusulos, 33. Mateuş Musialovski, 74. Panayotis Andreu, 81. Andreas Nikolau, 85. Angelos Neofitu, 99. Alium Saidu.
Baş məşqçi: Valdas Dambrauskas.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
5
rekord.az

10Mənbələr