AZ

Gürcüstan seçkilərə gedir: Tarix müəyyənləşdi

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə parlament seçkilərinin oktyabrın 26-na təyin edilməsi haqqında sərəncam imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Konstitusiyaya əsasən, Gürcüstanda parlament seçkiləri hazırkı parlamentin səlahiyyətlərinin başa çatdığı ilin oktyabr ayının son şənbə günü keçirilir.

Prezident seçkiləri səsvermə gününə 60 gün qalmış təyin edir.

Gürcüstan parlamenti dörd il müddətinə seçilir. 150 deputatdan ibarətdir.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
musavat.com

10Mənbələr