AZ

Gürcüstan Prezidenti 17 məhbusu əfv edib

Gürcüstan Prezidenti Salome Zurabişvili 17 məhbusun əfvi haqqında akt imzalayıb, onlardan 13-ü cəza çəkməkdən tamamilə azad edilib.

Bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Gürcüstan dövlət başçısı bu gün 17 məhkumu əfv edib. Cəzaçəkmə müəssisəsində 13 məhkum, o cümlədən iki qadın cəza çəkməkdən tamamilə azad edilib. Bir qadın da daxil olmaqla dörd məhkumun qalan cəzası azaldılıb”, - məlumatda bildirilib.

Əfv olunan vətəndaşların adları göstərilmir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
7news.az

10Mənbələr