RU

Maşını yolun ortasında saxlayıb əks tərəfdəki sürücü ilə söhbət etdi - VİDEO

Dayanma-durma qaydasını kobud şəkildə pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə martın 10-da, Xırdalan şəhəri, Heydər Əliyev prospektində baş verib. Belə ki, 77-RM-490 qeydiyyat nişanlı "Ravon" markalı avtomobilin sürücüsü sol zolaqda dayanaraq yolun əks tərəfindəki sürücü ilə söhbət etməyə başlayıb. Bu hərəkəti etməklə arxadan gələn avtomobillərin yolunu kəsib.

Sürücü eyni zamanda avtomobilin markasına da müdaxilə edib. O, "Ravon" markasını bildirən loqonu çıxararaq yerinə "Mercedes Maybach"a aid loqonu yapışdırıb.

Qeyd edək ki, bu üsulla avtomobilin markasını dəyişmək qanunla qadağandır.

 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
158
14
Источники
Комментарий ()
Закрывать