AZ

Qaydanı pozub təhlükə yaratdı, sonra yolu kəsib "qoçuluq" etdi - VİDEO

Bakıda manevr qaydasını pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 24-də, paytaxtın Alı Mustafayev küçəsində baş verib. Belə ki, 99-TE-422 qeydiyyat nişanlı "Dacia Logan" markalı avtomobilin sürücüsü sağa manevr edən zaman görüntünü qeydə alan avtomobilə təhlükə yaradıb. Qəzanın qarşısını almaq məqsədilə səs siqnalından istifadə edən zaman sürücü yolu kəsərək avtomobildən düşüb və mübahisə etməyə başlayıb. Bir sözlə, haqsız olduğu halda özünü haqlı sayaraq daha da kobud səhvə yol verib.

Sözügedən videonu təqdim edirik:

 

Leyla

Seçilən
139
14
Mənbələr
Şərh ()
Bağla