AZ

Kürdəmirdə hərəkətdə olan sərnişin avtobusu YANDI – FOTO  

Kürdəmirdə hərəkətdə olan sərnişin avtobusunda yanğın baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, ”Mercedes” markalı sərnişin avtobusunun sürücüsü Ucar istiqamətində hərəkətdə olarkən maşında qəfildən yanğın baş verib. Bu vaxt hadisədən xəbər tutan sürücü avtobusu yolun kənarında saxlayaraq yanğını söndürməyə başlayıb. 

Bundan başqa avtobusda olan bütün sərnişinlər dərhal maşını tərk ediblər. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın qısa zamanda söndürülüb. 

Qeyd edək ki, yanğına səbəb avtobusun mühərrik hissəsində elektrik naqillərində olan qısa qapanma olub. Fakt araşdırılır. 










Bizim.Media, Aran bürosu
 

Seçilən
141
14
Mənbələr
Şərh ()
Bağla