AZ

Şəhərin mərkəzində yolu bağlayıbsürücünün hərəkətinə əngəl törətdi - VİDEO

Paytaxtın Səbail rayonu Adil Babayev küçəsində kobud qayda pozan sürücü kameraya düşüb. Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə martın 29-u saat 12:12 radələrində qeydə alınıb. 
90-TY-773 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü maşını yolun hərəkət hissəsində saxlayaraq gedib. Bununla da nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədib. 
Maneə ilə üzləşən sürücü siqnal versə də,  yaxınlıqdakı obyekt işçisi maşında heş kimin olmadığına işarə edib. Bundan sonra sürücü məcbur olaraq geriyə doğru hərəkət edərək yolunu dəyişib.

Nərmin

Seçilən
155
14
Mənbələr
Şərh ()
Bağla