AZ

Qırmızı işığın son saniyələrinə dözməyən sürücü qayda pozdu - VİDEO

Bakıda svetoforun qırmızı işığında keçən sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə martın 14-də, paytaxtın Tbilisi prospektində baş verib. Belə ki, 77-FJ-186 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü qırmızı işığın son saniyələrinə dözməyərək hərəkət edib. Sürücü qayda pozuntusu törətməklə 7 saniyə qabağa düşdü. Əksər sürücülər qayda pozaraq gedəcəyi ünvana tez çatmaq istəyirlər. Lakin 4-5 saniyə ilə tez çatmaq mümkünsüzdür. Bu hərəkətləri etməklə insanların həyatı təhlükə altında qalır.

 

Leyla

Seçilən
148
50
Mənbələr
Şərh ()
Bağla