Əsas Səhifə > İdman > “Qarabağ” azarkeşləri “Çelsi” ilə oyuna nə hazırlayırlar?

“Qarabağ” azarkeşləri “Çelsi” ilə oyuna nə hazırlayırlar?


14-11-2017, 06:00.
title}
“Qarabağ” azarkeşləri “Çelsi” ilə oyuna nə hazırlayırlar?


Xəbər verdiyimiz kimi, Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ” “Çelsi” ilə ev oyununa xüsusi olaraq hazırlaşır.

SİVİL.AZ
-ın məlumatına görə, Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Yenicag.az-a bildirib ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada nəhəng xoreoqrafiyanın açılması planlaşdırılır.

Xoreoqrafiyada 20 min azarkeşinin iştirak edəcəyi gözlənilir.

Klub rəsmisi xoreoqrafiyanın nədən ibarət olduğunu sirr olaraq saxlayıb. O yalnız qeyd edib ki, şou E tribunasında nümayiş etdiriləcək.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.
Geri qayıt