AZ

“Azərbaycan Türkiyəyə qaz versə...” - Türkiyəli general

Bu günlərdə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, ölkəsi Azərbaycandan qaz ala bilər.

Simonyanın bu fikirləri hgəm Azərbaycanda, həm də Ermənistanda birmənalı qarşılanmayıb. Bu mövzu ətrafında ciddi müzakirələr aparılib.

Bəzi ekspertlər hesab edir ki, bu Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasından sonra mümkün ola bilər.

2022-ci ilin noyabrında Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan general-polkovniki, Baş Qərargahın Hərbi Tarix və Strateji Araşdırmalar İdarəsinin rəisi Ərdoğan Karakuş Herbiand.az-a müsahibəsində Azərbaycanın Ermənistana qaza vermək imkanlarının olduğunu və bunun reallaşmasını təklif etmişdi.

Ərdoğan Karakuş hesab edir ki, Azərbaycanın Ermənistan qaz verməsi iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edə bilər. Bundan başqa Ermənistanın regiondan kənar ölkələrdən asılılığını azaldar və regionda destabilizatsiya yaratmaq istəyən qüvvələrin maraqlarına ciddi zərbə vurmuş olar.

Herbiand.az

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla