AZ

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.

 

Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununla bağlı qızın atası onlarla əlaqə saxlayıb:

 

“Neçə gündür ki, bir bəy zəng edib ürək ağrısı ilə qızını axtardığını deyir. Qızı yetkinlik yaşına çatmayıb və evlilik məqsədi ilə qaçırılıb. Qaçıran şəxs də azyaşlıdır. Ata deyir ki, mən qızımı oxuduram, onun gələcəyi var, onun arxasında durmuşam. Qızını qaçıranların cəza almasını, eləcə də övladının dövlət qurumları tərəfindən təcili tapılıb gətirilməsini istəyir”.

 

Sığınacaqdan həmçinin bildirilib ki, ata qızını kimin qaçırdığını bilir, ancaq harda olduqlarından məlumatsızdır:

 

“Bütün məlumatlar bizdə var. Xahiş edirik, daha bir erkən evliliyin qarşısı alınsın”.

 

Qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyətinə də müraciət edib.

 

Günay

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla