AZ

Tofiq Abbasov: “Nə Fransa, nə də Aİ Ermənistana kömək etməyəcək”

Zəngəzur dəhlizinin Kalininqrad statusu ilə açılması Ermənistanda yenidən gündəmə gəlib. Ermənilər iddia edirlər ki, hər şey dəhlizin bu statusla açılmasına doğru gedir. Bu, rəsmi Bakının tələb etdiyi “Azərbaycandan Azərbaycana prinsipi”ni ehtiva edən modeldir. Bəs son durum nə yerdədir, Ermənistanın buna münasibəti necədir?

Mövzu ilə bağlı siyasi ekspert Tofiq Abbasov Ednews-a açıqlamasında bildirdi ki, Ermənistan həmişə Azərbaycanın dediyini qəribçiliyə salır, vaxt ötdükdən və müəyyən proseslər baş verdikdən sonra yenə də Azərbaycanın dediyinə gəlib çıxır. Belə başa düşürəm ki, bu məsələdə vahid bir yanaşma var: inkar və ya imtina siyasəti. 

Politoloqun sözlərinə görə, Azərbaycan Ermənistan istəsə də, istəməsə də öz məqsədlərinə çatacaq. Heç bir Qərb ölkəsi Ermənistana kömək etməyəcək:

“Kalininqrad prinsipi Ermənistan üçün heç də təhlükələr və təhdidlər törətmir. Müxtəlif variantlar var. Burada əsas odur ki, tərəflər üz-üzə oturub danışsınlar. Biz buna çoxdan hazırıq, Ermənistan isə yox. Ermənistan xof içindədir, çalışır xaricdə “makro-event”lərlə problemlərin mövcudluğunu hamıya təlqin etsin ki, onlara yazıqları gəlsin və Qərbdən müxtəlif fondlarda onlar vəsait əldə etsinlər. 

Yenə də deyirəm, biz öz xeyrimiz haqqında düşünürüksə, onların da xeyrini düşünməliyik. Amma, ermənilər faktiki olaraq bütün bunlarda özlərinin qeyri-yetkinliklərini nümyaiş etdirirlər. Onlara elə gəlir ki, onları daim aldadırlar”. 

T.Abbasov qeyd etdi ki, nə Fransa, nə ABŞ, nə də Aİ, heç kəs Ermənistana köməklik etməyəcək: 

“Sadəcə olaraq Qərb məqsədləri ondan ibarətdir ki, Ermənistanı Rusiya və İrandan uzaqlaşdırsınlar. Lakin, Ermənistan bundan heç nə qazanmayacaq. Azərbaycanın verdiyi təkliflər Ermənistan üçün olduqca əlverişlidir. Odur ki, rəsmi İrəvan nə qədər tez bu proseslərə ciddi yanaşıb öz nəticələrini çıxartsa, o qədər yaxşıdır. Azərbaycan isə, onlarla və ya onlarsız da öz işlərini görəcək. İstər-istəməz bizim Naxçıvanla əlaqəmiz olacaq”.

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
47
ednews.net

10Mənbələr