AZ

Zaxarova: Paşinyan Ermənistana “kömək edən” ölkələrin adlarını çəkməlidir

"Paşinyan Ermənistana “kömək edirmiş kimi görünən” ölkələrin adlarını çəkməlidir".

"Operativ Media" xəbər verir ki, bunu Rusiya XİN-nin sözcüsü Mariya Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyana Qarabağda müharibə zamanı ölkəyə "yardım edirmiş kimi görünən" ölkələrin adını çəkməyi tövsiyə edib.

Bundan əvvəl Paşinyan iki KTMT ölkəsini 2020-ci ildə Qarabağda Ermənistana qarşı müharibə hazırlamaqda ittiham edib.

“Onları (ölkələrin adlarını - red.) səsləndirmək tamamilə məntiqli olardı, əgər söhbət belə ciddi bəyanatlardan gedirsə, gəlin bunu rəsmi İrəvanın öhdəsinə buraxaq”, - Zaxarova bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
47
operativmedia.az

10Mənbələr