AZ

Cennifer Lopez Afflekin keçmiş həyat yoldaşından kömək istəyir

Hazırda Ben Affleklə evliliyində böhran yaşayan Cennifer Lopez kömək üçün Cennifer Qarnerə müraciət edib.

 

Sfera.az bildirir ki, Ceniffer adaşının evliliyini xilas edəcəyinə ümid edir. O, həyat yoldaşının yenidən spirtli içkiyə aludə olmasından da narahatdır.

 

Lopez Affleklə 10 ildən çox evli olan və üç övladının anası Ceniffer Qarnerin də təhlükədən xəbərdar olduğuna inanır.

 

"JLo Qarnerə hər zaman açıqdır, çünki onun yaşadıqlarını anlayan azsaylı insanlardan biri olduğunu bilir. Qarner eyni kişi ilə özü də eyni problemləri yaşayıb. Şərtlər tamamilə fərqli olsa da, yenə də eyni adamdır. Hər ikisi eyni problemlərlə üzləşib” - deyə mənbə jurnalistlərə bildirib.


Hazırda iş adamı Con Millerlə sevgili olan Qarner də Lopez və Afflekin evliliyini xilas etməyə kömək etmək istəyir.

 

"Qarner Benin bu evliliyi bitirməsini istəmir, çünki Ben həqiqətən J.Loya aşiqdir. Qarner bu barədə danışmaq və ikisini bir arada saxlamağa çalışmaq üçün onun evinə belə gedib. Qarner J.Loya bir neçə dəfə məsləhət də verib. Çünki Qarner Benə təsir edə bilən və onun alkaqol bataqlığına düşməsinə mane olan azsaylı qadınlardan biridir."


Aktyoru yaxından tanıyanlar qeyd edirlər ki, indiki problemli vəziyyətdə Ben, adi davranış xəttini seçib. Belə ki, dəbdəbəli malikanəsindən köçən aktyor, ayda 100 min dollara Brentvudda bir ev də kirayəyə götürüb. 

 

Cennifer Qarner Ben Affleki alkoqol asılılığından xilas etmək üçün əlindən gələn hər şeyi edib. 

 

"Ben indi əsəbidir, çünki problemlərindən xilas olmaq üçün heç bir yolu yoxdur, ona görə də qaçır. İndi ən böyük qorxu onun yenidən içkiyə başlayacağıdır”-deyə cütlüyün yaxını qeyd edib. 

 

Afflek əvvəllər 2018-ci ildə Qarnerlə evliliyinin sona çatmasından güclü utanc və təəssüf hiss keçirdiyini gizlətməyib.


O, 2020-ci ildə etiraf edib:

 

 "Uzun müddət nisbətən orta dərəcədə içmişəm. Elə oldu ki, evliliyim dağılandan sonra getdikcə daha çox içməyə başladım. Bu, 2015, 2016-cı illər idi. İçki içməyim, təbii ki, evlilikdə daha çox problemlər yaradırdı".

 

2018-ci ilin avqustunda Qarnerin səyləri nəticəsində Ben reabilitasiya mərkəzinə getməyə və müalicə almağa razı olub.

 

Benin sözlərinə görə, Qarnerlə evli ikən özünü bədbəxt hesab etsə də, 3 övladını atıb gedə bilməyib.

 

"Bir şüşə viski içib, divanda yuxuya gedirdim, amma bu heç vaxt həll yolu olmadı."

 

İndi Afflek və Lopez də yaranan problemləri həll etməyə çalışır. Cütlük Qarnerin bu işdə onlara kömək edəcəyinə ümid edirlər.

 

2022-ci ilin iyulunda evlənən cütlüyün problemləri bir neçə həftə əvvəl birlikdə görünməyi dayandırdıqdan və Benin nikah üzüyünü çıxarıb başqa evə köçdükdən sonra məlum olub. Şayiələrə görə, Afflek Lopezin daimi nəzarətindən və onu idarə etməsindən bezib.

 

Qeyd edək ki, Cennifer Lopez yeni filmi “Atlas”ın qala gecəsinə də Ben Affleksiz qatılıb. 


Məlum olub ki, Ben Afflek həmin vaxt öz filminin çəkilişləri ilə məşğul olub.

 

Ben həmin gün “Auditor 2”nin çəkilişlərində görünüb. Ceniffer isə qalada nişan üzüyünü taxmağı unutmayıb.


Xatırladaq ki, 2022-ci ilin iyulunda evlənən cütlük ilk dəfə 2024-cü ilin may ayının əvvəlində J.Lo “Met Gala”ya tək qatıldığı zaman ayrılıq şaiyələri yayılmağa başlayıb.

 

Aynil

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
1
sfera.az

10Mənbələr