AZ

Simonyan: “Rəisi Ermənistana səfər etməyi planlaşdırırdı"

“İran prezidenti İbrahim Rəisi helikopter qəzasından əvvəl Ermənistana səfər etməyi planlaşdırıb”. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. 

O, İran prezidenti İbrahim Rəisinin Ermənistana səfər planlaşdırdığını təsdiqləyib. 

“İran prezidenti İbrahim Rəisi Ermənistana səfər etməyi planlaşdırıb. Səfər təyyarə qəzasından çox əvvəl planlaşdırılıb” – Simonyan bildirib. 

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.  

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
47
bizim.media

10Mənbələr