AZ

Ermənistana qarşı müharibə planı hazırlanıb - Paşinyandan şok iddia

KTMT-yə üzv ölkələr Ermənistana qarşı müharibə hazırlayırnıb.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

"Mən bizə qarşı müharibə hazırlayan ən azı iki KTMT ölkəsini tanıyıram. Bu ölkələr bizə kömək etmək istəyi imitasiyasını yaradıblar", - Paşinyan qeyd edib.

İkinci Qarabağ müharibəsinə toxunan Paşinyan bildirib ki, KTMT ölkələri Qarabağ məsələsini özləri üçün çoxdan qapadıblar: "Bu müharibə Qarabağla bağlı deyildi. Həmin müharibə Ermənistan məsələsi ilə bağlı gözləntilərin yerinə yetirilməməsi ilə bağlı idi. Həmin müharibənin məqsədi müstəqil Ermənistan dövlətinin olmaması idi".

Azərbaycanla sərhədlərin delimitasiyası  məsələsinə toxunan Paşinyan bildirib ki, əgər biz dövlətimizi 1-2 il qoruyub saxlaya bilsək, deməli, yaxın 50-100 ildə onun mövcudluğuna zəmanət verilir. "Delimitasiya prosesi sayəsində biz bu problemin 60%-ni həll etdik”, - Paşinyan qeyd edib.

Lukaşenkonun Azərbaycana səfəri haqqında mövqeyini açıqlayan Paşinyan deyib ki, Belarus prezidenti Azərbaycan prezidenti ilə görüşdə artıq 4 ildir mənim Ermənistana deməyə çalışdığım sözləri dedi. 

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
47
olke.az

10Mənbələr