AZ

Lavrovun açıqlaması Ermənistana qarşı müharibənin ilk siqnalıdırmı?


Rusiya xarici işlər naziri Sergey Lavrovun “İzvestiya”ya müsahibəsində dedikləri dünya mediasında ciddi müzakirələrə səbəb olub. Şərh olunur ki, Lavrov açıqlaması ilə Rusiyanın Ermənistana diplomatik müharibəsini elan edib.

Hazırda Ermənistan faktiki olaraq Qərbin təhlükəsizlik çətiri altına sığınıb. Rusiyanın qanadları altından çıxıb, öz suverenliyini Qərbə satıb. Rusiya isə bunun qarşısında sakit dayana bilməz. Görünən budur ki, Rusiya mövqelərini qoruyub saxlamaq üçün digər vasitələrdən də istifadə edə, hücum planı həyata keçirə bilər. Çünki o, siyasi kursunun ardıcıllığını qoruyub saxlamalıdır.

Buna görə də böyük ehtimal var ki, Ukrayna ssenarisi Ermənistanda da təkrar oluna bilər.

Bu barədə Musavat.com-a şərhində deputat Aydın Hüseynov bildirib ki, ABŞ, Fransa və digər bir sıra Qərb dövlətləri Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb tamamilə çıxarmaq planını gerçəkləşdirmək üçün hərəkətə keçiblər. Ermənistan bu planın reallaşdırılmasında alət kimi istifadə olunur. Rusiya hakimiyyəti artıq Ermənistanın hazırkı hakimiyyətini bu planın aləti olmaqdan kənarlaşdıra bilməyəcəyinə əmin olmaqdadır. Sergey Lavrovun “İzvestiya” nəşrinə dedikləri bunu təsdiqləyir.

er.jpg

Deputata deyib ki, Qərb bir tərəfdən Ermənistanı Azərbaycanla sülh sazişi imzalamaqdan yayındırır, digər tərəfdən Rusiyaya qarşı qızışdırır: “Belə hesab edirlər ki, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasının yolu Azərbaycanla Ermənistan arasında konfliktin davam etməsindən keçir. Nikol Paşinyan hökumətini belə vəziyyətdə özündən daha çox asılı halda saxlayacağını düşünən Qərb Ermənistanı Rusiya ilə düşmənçilik həddinə gətirib çıxarmaq qərarındadır. Bu siyasət isə Ermənistanda Ukrayna ssenarisinin təkrarlanacağı ehtimalını günbəgün gücləndirməkdədir. Lavrovun açıqlamaları artıq Rusiyanın səbir kasasının dolmaq üzrə olduğunu göstərir. Bu açıqlama Ermənistana qarşı hərbi güc tətbiqinə gedilə biləcəyinin ilk siqnalı da sayıla bilər.

Ukraynanın ardınca indi də Rusiyanı Cənubi Qafqazdan, daha sonra isə Mərkəzi Asiyadan sıxışdırıb çıxartmaq planın həyata keçməsinin qarşısını almaq üçün Rusiyanın ən sərt addımları atmağa başlayacağı üfüqdə görünməkdədir. Moskva özü üçün artıq qətiləşdirib ki, Ermənistan iqtidarını sözlə, səbir etməklə islah edə bilməyəcək. Ona görə də güc tətbiqi variantına keçilməsi ehtimalı artır. Rusiyanın güc tətbiq etməsi variantı isə Ermənistanın bir dövlət kimi süqutu ilə nəticələnə bilər”.
A.Hüseynovun sözlərinə görə, Qərb-Rusiya qarşıdurmasının fonunda Ermənistanın ağır fəlakətlərlə qarşılaşması labüddür: “Diqqət edirsinizsə, artıq Sergey Lavrov belə, Ermənistan-Rusiya münasibətlərinin dağılmaq üzrə olduğunu dilə gətirir. Bu, artıq çox ciddi hadisələrin siqnalıdır”.

Qeyd edək ki, Lavrov “İzvestiya”ya müsahibəsində Moskva ilə İrəvan arasında münasibətlərdə nikbin olmadığını açıqlayıb: “Rusiya Federasiyası ilə münasibətləri bilərəkdən pozan Ermənistan rəhbərliyinin mövqeyi ucbatından Ermənistan və Rusiya münasibətlərindəki vəziyyət nikbinlik yaratmır. Ermənistanda mən artıq mövcud vəziyyəti şərh etməli oldum, bu, təbii ki, nikbinlik yaratmır. Ermənistan rəhbərliyi, açığını desəm, son üç-üç il yarımın tarixini təhrif edərək, uydurma bəhanələrlə bilərəkdən Rusiya Federasiyası ilə münasibətlərin dağılmasına gətirib çıxarır”.
Lavrov açıq şəkildə Ermənistan baş naziri Nikol Paşinyanı ikitərəfli münasibətlərin pozulmasında ittiham edib.

Etibar SEYİDAĞA,
Musavat.com

Seçilən
189
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25942
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16797
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
16549
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13931
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
13500
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11350
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10876
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10587
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9989
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9312
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7142
Səidə Sultan klipi üçün lüt soyundu
7061
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6122
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5899
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5540
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5137
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4843
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4530
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4166